Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

5 mart Bədən Tərbiyəsi və İdman Günüdür

05 Mar 2019

5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Gəncə şəhərində silsilə tədbirlər keçirilir. Milli Paralimpiya Komitəsinin (MPK) vitse prezidenti, ikiqat paralimpiya şempionu İlham Zəkiyev və Komitənin əməkdaşları da həmin tədbirlərdə iştirak edirlər.

Tədbirdə MPK-nın fəaliyyətini əks etdirən stend qurulmuşdur. Pauerliftinq idman növü üzrə Paralimpiya Milli Komandasının üzvləri Əli və Nurlan Babacanov qardaşları tədbirdə pauerliftinq Idman növünə aid müxtəlif hərəkətlər nümayiş etdiriblər.