Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Bu gün Milli Paralimpiya Komitəsində (MPK) Güllə atıcılığı idman növü üzrə paralimpiya yığma komandasının üzvləri ilə görüş keçirilib.

12 Mar 2019

Bu gün  Milli Paralimpiya Komitəsində (MPK) Güllə atıcılığı idman növü  üzrə paralimpiya yığma komandasının üzvləri ilə görüş keçirilib.

Görüşdə  ARMPK-nın prezidenti İlqar Rəhimov, baş katibi Kamal Məmmədov və İdman şöbəsinin müdiri Rauf Mürsəlov iştirak ediblər.

Baş məşqçi Əkbər Muradov milli  komanda idmançılarının hər birinin hazırlıq vəziyyəti, iştirak etdikləri yarışların nəticələri barədə məlumat verib.

MPK prezidenti İlqar Rəhimov çıxış edərək bildirib ki, komandanın təlim məşqlərdə və beynəlxalq yarışlarda iştirak etmələri üçün MPK tərəfindən bütün zəruri tədbirlər görülüb və lazımi idman ləvazimatları ilə təmin edilib. O,  görülmüş işlərlə yanaşı milli komandanın fəaliyyətində hələ də bir sıra nöqsanların oldiğunu xüsusi vurğulayb.

Görüşdə  komandanın ümumi fəaliyyəti geniş müzakirə edilərək, müvafiq qərarlar qəbul edilib.

Xatırladaq ki, Unibank 2020-ci ilədək Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə milli komandasının dəstəkçisidir.