Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Azərbaycanın Cüdo idman növü üzrə qadınlardan ibarət paralimpiya yığma komandası təlim-məşq toplantılarına start verib

26 Mar 2019

Azərbaycanın Cüdo idman növü üzrə qadınlardan ibarət paralimpiya yığma komandası təlim-məşq toplantılarına start verib. 

Baş məşqçi Ramin İbrahimovun rəhbərliyi ilə komandamız bu gün Şamaxı Olimpiya Kompleksində təlimlərə başlayıb. 

Təlim məşq toplantısı cari ilin 13-14 may tarixlərində Bakıda keçiriləcək para cüdo üzrə Beynəlxalq Qran-Pri yarışlarına hazırlıq xarakteri daşıyır. 

Xatırladaq ki, bu ilin may ayında Bakıda para cüdo üzrə Beynəlxalq Qran-Pri yarışı keçiriləcək. Şəhərimizində ilk dəfə baş tutacaq belə bir yarış "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıracaq. Yarışlarda 40-a yaxın ölkədən 300-ə qədər idmançının iştirak edəcəyi gözlənilir.