Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Аtletika idman növü üzrə milli komanda Antalyada

24 Apr 2019

Azərbaycanın atletika üzrə paralimpiya yığma komandasının üzvləri baş məşqçi, ikiqat paralimpiya çempionu Oleq Panyutinin rəhbərliyi ilə təlim-məşq toplantısına yola düşüb.

Komandamız bu gündən etibarən may ayının 8-ə qədər Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olacaqlar.


Təlim-məşq toplantısının əsas məqsədi sentyabr ayında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Atletika idman növü üzrə dünya çempionatına və “Tokio 2020” XVI Yay Paralimpiya oyunlarına hazırlıqdır.