Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Üzgüçümüz dünya seriyasında qızıl medal qazandı

28 Apr 2019

Üzgüçülük üzrə Azərbaycanın Paralimpiya Milli Komandasının üzvü Roman Saleh Birləşmiş Krallığın Qlazqo şəhərində keçirilən dünya seriyasında qızıl medal qazanıb. 

İdmançımız 100 metr məsafəni 1.00.61 dəqiqə ərzində qət edərək bütün rəqiblərini geridə qoyub. Beləliklə, Dünya Seriyasının fəxri kürsüsündə ən yüksək yerə sahib olub. 

Xatırladaq ki, Beynəlxalq Paralimpiya Komitəsinin üzgüçülük üzrə Dünya Seriyası Aprel ayının 29-a qədər davam edəcək. Yarışlarda ölkəmizi Könül Süleymanova, Raman Saleh, Vəli İsrafilov və Şamil Şahov təmsil edir. Bu yarış sentyabrda Londonda keçiriləcək Dünya Çempionatına minimal təsnifat xalı qazandırır.