Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Daha bir paralimpiyaçımız Dünya Kubokunda medal qazandı

28 Apr 2019

Azərbaycanın pauerliftinq idman növü üzrə Paralimpiya Milli Komandasının üzvü Nurlan Babacanov Macarıstanın Eger şəhərində keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.

97 kiloqrama qədər çəki dərəcəsində yarışan idmançımız 195 kiloqram çəkini qaldıraraq fəxri kürsünün üçüncü pilləsinə yiyələnib.

Eyni çəki dərəcəsində ilk yeri 220 kiloqramlıq çəki ilə Birləşmiş Ərəb Əmirliklərindən olan idmançı Xələf Məhəmməd Xamis qazanıb. İkinci yerə isə 210 kiloqram çəki ilə serbiyalı idmançı Petar Milankoviç layiq görülüb.

Bu qələbə ilə Nurlan Babacanov "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını artırıb.

Xatırladaq ki, bir neçə gün öncə eyni yarışda 49 kiloqram çəki dərəcəsində yarışan idmançımız Pərvin Məmmədov qızıl medala layiq görülmüşdü.

Yarışlar davam edir. Bu gün digər idmançılarımız Elşən Hüseynov və Şamo Aslanov yarışlarda debüt edəcəklər.