Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Paralimpiyaçı uşaqlar bayram tədbiri keçiriblər

03 Iyu 2019

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı və UNİCEF-in dəstəyi ilə YARAT Müasir İncəsənət Mərkəzində paralimpiyaçı uşaqlar “Nağıllar aləminə səyahət” mövzusunda tədbir keçiriblər. 

Tədbir inklüzivliyi ilə seçilib. Belə ki, sağlamlıq imkanları məhdud uşaqlar öz həmyaşıdları ilə birlikdə baş rolları ifa ediblər. Azərbaycan və dünya xalq nağıllarından müxtəlif səhnələri Uşaq Paralimpiya Komitəsinin (UPK) 15 nəfər idmançısı və Xəzər rayonu, 234 saylı orta məktəbin 62 şagirdi canlandırıblar. Bu tədbir vasitəsi ilə UPK-nin idmançıları başqa sahələrdədə bacarıqlı olduqlarını və inklüzivliyi nümayiş etdiriblər.

Tədbirin təşkilati dəstəyi YARAT Müasir İncəsənət Mərkəzi və Bakı Nəqliyyat Agentliyinə məxsusdur.

Qeyd edək ki, 2013-cu ildə beynəlxalq təcrübədə ilk dəfə olaraq Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılmışdır və həmindövrdən UNİCEF UPK-nın inkişafına dəstək verir. Hazırda UPK-nın nəzdində 8 idman növündə yığma komandalara 200 nəfərdən çox sağlamlıq imkanları məhdud uşaq paralimpiya idmanı ilə məşğul olurlar.

Təhsıl  Nazirliyinin “BİR” tələbə-könüllüləri tədbirin təşkilatçılarına yaxdından köməklik göstəriblər. Könüllülərin paralimpiyaçılarımızın tədbirlərində iştirakı artıq ənənə halını almışdır.