Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

İlham Zəkiyev beynəlxalq konfransda çıxış edib

14 Iyu 2019

Azərbaycan Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyev Bakıda keçirilən "Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı"nda çıxış edib. 

İlham Zəkiyev tədbirdəki çıxışında Azərbaycanda Paralimpiya hərəkatı haqqında söz açıb. O, ölkəmizdə idmanın inkişafına dövlət qayğısı olduğunu qeyd edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə tək idmanın deyil, bütün sahələrin inkişaf etdiyini dilə gətirib. 

Paralimpiya çempionu qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında da danışıb. Sağlamlıq imkanlarını Qarabağ döyüşlərində itirdiyini deyən İ.Zəkiyev torpaqlarımızın bir hissəsinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunduğunu söyləyib. 

Sonda İlham Zəkiyevə Azərbaycan Gömrük Komitəsinin xatirə hədiyyəsi də təqdim olunub.