Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Atletlərimiz beynəlxalq yarışda 3 qızıl medal qazandı

29 Iyu 2019

Xəbər verdiyimiz kimi Azərbaycanın atletika üzrə paralimpiya yığma komandası Tunisdə beynəlxalq qran-pri yarışında iştirak edir. 

Beynəlxalq qran-pri yarışları çərçivəsində bu gün idmançılarımız bir sıra müvəffəqiyyətli çıxışlar ediblər. 

Qaçış üzrə qadınlar arasında keçirilən yarışlarda idmançımız Çebanu Yelena 100 metr məsafədə 12.04 saniyə nəticə göstərməklə birinci yerə çıxıb. Lanovskaya Yuliya 100 metr məsafəni 12.37 saniyəyəy qət edərək yarışın ikinci yeri ilə kifayətlənib. 

Kişilərin yarışında idmançımız Elmir Cəbrayılov 100 metr məsafədə 11.31 saniyə nəticə ilə bütün rəqiblərini geridə qoyub. Digər atletimiz Zeynal Miskərli isə 100 metr məsafəni 11.48 saniyəyə qət edərək ikinci yerlə kifayətlənib. Nurlan İbrahimov da kişilərin yarışında ikinci yerdə qərarlaşıb. 

Nüvə itələmə yarışları da komandamız üçün uğrulu keçib. Belə ki, idmançımız Samir Nəbiyev 13.84 metrlik nəticə ilə bütün rəqiblərini geridə qoyaraq 1-ci yerə layiq görülüb. Nüvə itələmə yarışında gücünü sınayan digər idmançımız Elvin Aslanov isə 6.76 metrlik nəticə ilə üçüncü yerə layiq görülüb.