Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Azərbaycan Milli Paralimpiya Komitəsində yeni təyinat

05 Iyu 2019

Azərbaycan Milli Paralimpiya Komitəsinin İdman şöbəsinin aparıcı mütəxəssisi,  Uşaq Paralimpiya Komitəsinin inkişafı sahəsində UNİCEF-lə birlikdə  həyata keçirilən  layihənin  koordinatoru işləyən Hacılı Rüfət Rizvan oğlu Komitənin Beynəlxalq Əlaqələr şöbəsinə müdir vəzifəsinə  təyin olunmuşdur. O, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmiş, Azərbaycan, Türk, Rus və İngilis dillərini bilir.

Rüfət Hacılını təbrik edir və ona bu məsul işində uğurlar arzu edirik.