Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Azərbaycan yığması Avropa Çempionatında

23 Iyu 2019

Azərbaycanın cüdo üzrə paralimpiya yığma komandası Avropa Çempionatında iştirak etmək üçün İtaliyanın Genuya şəhərinə yola düşüb. 

Avropa çempionatında ölkəmi baş məşqçi İbrahim İbrahimovun rəhbərliyi ilə kişilərdən və baş məşqçi Ramin İbrahimovun rəhbərliyi ilə  qadınlardan ibarət komandalar təmsil edəcək. 

23-29 iyul tarixləri arasında keçirilən yarış "Tokio 2020" XVI yay paralimpiya oyunlarına lisenziya xalları qazandırır. 

Yığma komandalarımız Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə Avropa Çempionatına yola düşüb.