Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Azərbaycan və İtaliya Paralimpiya Komitələri arasında əlaqəlar qurulur

25 Iyu 2019

Xəbər verdiyimiz kimi Cüdo idman növü üzrə Azərbaycan Paralimpiya Milli Komandası Avropa Çempionatında iştirak etmək üçün İtaliyanın Genuya şəhərindədir. 23-29 iyul tarixləri arasında keçirilən yarış "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.

Yarışları izləmək və idmançılarımıza dəstək vermək üçün Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Genuya şəhərində səfərdədir. İ.Rəhimov səfər çərçivəsində İtaliya Paralimpiya Komitəsinin prezidenti Luca Pacalli ilə görüşmüşdür. Görüşdə paralimpiya hərəkatının inkişafı sahəsində əldə olunmuş təcrübə və qarşılıqlı əməkdaşlıq sahəsində geniş müzakirələr aparılmışdır. Müzakirələrin yekunu olaraq birgə layihələrin həyata keçirilməsi və uşaq paralimpiya hərəkatının inkişafı sahəsində azərbaycan təcrübəsinin İtaliyada tətbiq edilməsi qərara alınmışdır.

İ.Rəhimov həmçinin İtaliyanın Görmə Məhdudiyyətli Şəxslərin Paralimpiya İdman Federasiyasının pezidenti Sandro Di Cirolamo ilə görüşərək cari ilin may ayında Bakıda imzalanmış “Azərbaycan Milli Paralimpiya Komitəsi ilə İtaliyanın Görmə Məhdudiyyətli Şəxslərin Paralimpiya İdman Federasiyası arasında əməkdaşlıq haqqında” Memoronduma uyğun olaraq görüləcək işlər və İtaliya Paralimpiya Komitəsinin bu sahədə rolu geniş müzakirə edilmişdir.

İlqar Rəhimov Beynəlxalq Korlar İdman Federasiyasının (İBSA) idarə heyətinin üzvü, Rusiyanın Korlar Idman Federasiyasının prezidenti, Rusiya Paralimpiya Komitəsinin vitse prezidenti Lidiya Abramova ilə də görüşmüşdür. Görüşdə paralimpiya idmanı sahəsində fikir mübadiləsi və qarşılıqlı əməkdaşlıq barədə müzakirələr aparılmışdır.