Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Azərbaycanda əlil arabası istifadəçilərinə Aikido məşqləri keçilməsi müzakirə olunub

10 Sen 2019

Azərbaycanda əlil arabası istifadəçiləri üçün Yapon döyüş sənəti olan Aikido məşqləri keçirilə bilər. 

Belə bir məsələ bu gün Azərbaycan Milli Paralimpiya Komitəsində müzakirə olunub. 

Yaponiyanın Aikikai və Türkiyə Uşu Federasiyasının məşqçisi Engin Ergin bu gün Milli Paralimpiya komitəsinin qonağı olub. Engin Ergini MPK-nın prezidenti İlqar Rəhimov və baş katib Kamal Məmmədov qəbul ediblər.

Görüş zamanı Aikido mütəxəssisi qeyd edib ki, bu döyüş növünün əlil arabası istifadəçiləri üçün nəzərdə tutulan modifikasiyasını təkmilləşdirib. Artıq dünyanıın bir neçə ölkəsində bu məşqləri keçib. Onun sözlərinə görə, bu məşqlər əlil arabası istifadəçilərinin özünü müdafiə etmələri üçün olduqca yararlı olub. 

Qonağın təklifləri MPK prezidenti İlqar Rəhimov maraqla qarşılayıb. Gələcəkdə bu istiqamətdə əməkdaşlıq perspektivləri müzakirə olunub.