Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Azərbaycan komandası Dünya Çempionatında dördüncü medalını qazandı

14 Sen 2019

Azərbaycanın üzgüçülük üzrə paralimpiya yığma komandasının “London 2019” Dünya Çempionatında uğurlu çıxışı davam edir. 

Ötən axşam yığma komandamızın üzvü Roman Saleh sərbəst (freestyle) üslubda üzgüçülük növündə yarışıb. O 100 metr məsafəni 52.99 saniyəyə qət edərək yarışın bürünc medalına sahib olub. 

İlk yerə 52.02 saniyəlik nəticə ilə Ukrayna təmsilçisi Yaroslav Denisenko çıxıb. İkinci yerə isə Ukraynanın digər təmsilçisi Maksim Veraksa 52.66 saniyəlik nəticə ilə layiq görülüb. 

Xatırladaq ki, Roman Saleh bundan əvvəl çempionatın belüstü üzgüçülük növüdə 2-ci yeri qazanaraq "Tokio 2020" paralimpiadasına birbaşa lisenziya qazanıb. Növbəti gün isə sərbəst üsul ilə 50 metr məsafəyə olan yarışda isə 3-cü yer qazanaraq çempionatın ikinci medalını təmin edib.

Bundan başqa, komandamızın digər üzvü, 17 yaşlı Vəli İsrafilov “Brass” üsulu ilə yarışıb. O 100 metr məsafəni 1:06.01 dəqiqəyə qət edərək yarışın üçüncüsü olub.

Beləliklə, Dünya Çempionatında Azərbaycan komandasının qazandığı medalların sayı 4-ə çatıb.