Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu

01 Noy 2019

İtaliyanın Bari şəhərində para-taekvondo üzrə keçirilən Avropa çempionatında paralimpiyaçı Aynur Məmmədova "Pala Florio" idman arenasında 58 kq yuxarı çəki dərəcəsində İspanyalı idmançısına 8- 6, daha sonra Fransız idmançıya 23-1 və Rusiyalı idmançıya 12-8 hesabı ilə qalib gələrək finala vəsiqə qazanmışdır. Finalda idmançımız Özbəkistan təmsilcisini 3-0 hesabiyla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Paralimpiyaçımız bu qələbə ilə Tokio 2020 Yay Paralimpiya Oyunlarında iştirak etmək üçün növbəti lisenziya xallarını qazandı. Aynur xanımı paralimpiya ailəsi adından təbrik edirik.