Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Azərbaycanda Boccia idman növü üzrə "Seni Cup" Azərbaycan çempionatı keçiriləcək

29 Noy 2019

Azərbaycanlı paralimpiyaçılar arasında "Seni Cup" Azərbaycan çempionatı keçiriləcək. Çempionatın püşkatma mərasimi 4 dekabr 2019-cu il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ramana qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzidə baş tutacaq. 60-dən çox fiziki məhdudiyyətli idmançının qatılacağı yarışın qrup mərhələləri də 5 dekabr tarixindən başlayaraq bu məkanda keçiriləcək. Final mərhələsi isə 13 dekabr tarixində saat 10:30-da Bakı İdman Sarayında baş tutacaq. Finalın nəticələrinə uyğun olaraq boccia üzrə Azərbaycan milli komandasının heyəti formalaşacaq.

Qeyd edək ki, boccia idman növü 1984-cü ildən Paralimpiya Oyunlarına daxil edilib və 20 il ərzində, populyarlıq qazanaraq, 50 ölkədə tətbiq olunur və sürətlə inkişaf edir. İdmanın bu növü ilə bütün ağır kateqoriyalı (uşaq serebral paraliçi, əzələ distrofiyası, beyin travması, dayaq-hərəkət aparatının pozulması) əlilliyi olan insanlar məşğul ola bilərlər.

Azərbaycanda Boccia idman növü 5 il öncə fəaliyyətə başlayıb. 2018-ci ildə isə bu idman növü üzrə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə milli federasiya yaradılıb. Ötən bir il ərzində idmançılarımız bir sıra beynəlxalq yarışlarda iştirak edərək uğurlu nəticələr əldə ediblər.