Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

HYATT Regency Baku oteli ilə anlaşma memorandumu

30 Noy 2019

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (MPK) Korporativ Sosial Məsuliyyət Çərçivəsində Hyatt Regency şirkəti ilə əməkdaşlığa başlayır. Bu gün Hyatt Regency Baku otelinda əməkdaşlıq ilə bağlı ənlaşma memorandumu imzalanıb. Sənədi MPK-nın prezidenti İlqar Rəhimov və otelin direktor müavini Aleksey Popov imzalayıblar.

Memorandum HYATT Regency və MPK arasında qarşılıqlı əməkdaşlığı gücləndirmək və sosial layihələr çərçivəsində Komitəyə dəstək olmağı nəzərdə tutur.

İmza mərasimində çıxış edən MPK prezidenti İlqar Rəhimov noyabr ayının 13-də Bakıda Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı "Yenilməzlər" adlı beynəlxalq Qala təqdimatın keçirildiyin xatırladıb.

"Bu tədbirin əsas məqsədi Korporativ Sosial Məsuliyyət ilə bağlı ölkədə fəaliyyət göstərən şirkətlərə çağırış etmək idi. Tədbirdə edilən çağırışlara ilk səs verən  HYATT Regency Baku şirkəti oldu. Bu gün imzalanan memorandum ölkəmizdə paralimpiya hərəkatının daha da inkişafına səbəb olacaqdır" - deyə o əlavə edib.

HYATT REgency Baku otelinin direktor müavini öz növbəsində paralimpiya komitəsi ilə əməkdaşlığa böyük önəm verdiklərini deyib. Bu əməkdaşlığın Azərbaycanda əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunmasında mühüm töhfə olacağını qeyd edib.