Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Belarus Respublikasının Minsk şəhərində Paraşutla tullanma idman növü üzrə beynəlxalq turnir keçirilmişdir

16 Sep 2017

16 sentyabr 2017-ci il tarixində Belarus Respublikasının Minsk şəhərində Paraşutla tullanma idman növü üzrə beynəlxalq turnir keçirilmişdir. Yarışa 8 ölkədən 24 idmançı qatılmışdır. Turnirin nəticəsinə görə Vüsalə Kərimova 14-cü yer, Babayeva Kəmalə isə 19-cu yerə layiq görülüblər.
Qeyd edək ki, əlil arabası istifadəçilərinin təyyarədən paraşutla tullanma idman növü dünya miqyasında paralimpiyaçılar arasında populyarlaşması Azərbaycan Milli Paralimpiya Komitəsinin təşəbbüsü ilə reallaşmışdır. Artıq ənənəvi olaraq hər il Minsk şəhərində paraşutla tullanma idman növü üzrə beynəlxalq yarışlar təşkil olunur.
Bir daha xatırladmaq istərdik ki, 14 sentyabr 2017-ci il tarixində Belarus Respublikasının Minsk şəhərində əlil arabasında idman rəqsi üzrə 20-ci Açıq Belarus çempionatında Vüsalə Kərimova və Fərid Mehdiyev Latino Klass 2 və Kombi Fristayl Klass 2 növlərində uğurla çıxış edərək çempionatın qızıl medallarını qazanmışlar!
Beləliklə idmançılarımızın Belarus Respublikasındakı çıxışları yekunlaşıb. İdmançılarımız sentyabrın 19-da vətənə geri dönəcəklər.

http://www.belta.by/society/view/tantsevalno-parashjutnyj-festival-dlja-ljudej-s-ogranichennymi-vozmozhnostjami-proshel-v-belarusi-267079-2017/