Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

2020 Tokio Paralimpiya Oyunlarına yollanacaq nümayəndə heyətinin rəhbəri təyin edildi.

07 Yan 2020

2020 Tokio Paralimpiya Oyunlarında Azərbaycan Paralimpiyaçılarının nümayəndə heyətinin rəhbəri (Chef de mission) komitənin İdman şöbəsinin müdiri Rauf Mürsəlov təyin edilmişdir.  

R.Mürsəlov 1987-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində tamamlamışdır. 2011-ci ildən Milli Paralimpiya Komitəsində İdman şöbəsində fəaliyyətə başlamış, hal-hazırda isə komitənin İdman şöbəsinin müdiridir. 2012 və 2016 Yay Paralimpiya Oyunlarında nümayəndə heyətinin üzvü və dəfələrlə Dünya və Avropa çempionatlarında komanda rəhbəri olmuşdur. Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır.  

Qeyd edək ki, komitənin idmançıları tərəfindən bu günə qədər “Tokio 2020”yə 7 lisenziya qazanılmışdır. Bu lisenziyalar güllə atıcılığı, atletika, üzgüçülük və pauerliftinq idman növləri üzrədir. “Tokio 2020”də Azərbaycanın 7 idman növü üzrə 32 atlet ilə təmsil olunacağı proqnozlaşdırılır.