Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Bakı 2020 para cüdo üzrə Qran Pri

08 Yan 2020

Bakı 2020 para cüdo üzrə Qran Pri hazırlıqlarına start verildi.

11-12 May 2020-ci il tarixlərində Bakıda para cüdo üzrə “İBSA Judo Grand Prix Baku 2020” keçiriləcək. Yarışlara 40-dan çox ölkənin nümayəndələrinin qatılacağı gözlənilir. Milli Paralimpiya Komitəsinin ofisində Komitənin prezidenti İlqar Rəhimovun sədrliyi ilə Təşkilat Komitəsinin ilk iclası keçirilmişdir. İclasda hazırlıq barədə müzakirələr aparılmış və tədbirlər planı təsdiq edilmişdir. Bu yarışdan sonra Tokio 2020 yay Paralimpiya Oyunlarında cüdo idman növü üzrə iştirak edəcək idmançıların adları açıqlanacaq.

Bu il keçiriləcək Qran Pri yarışının keçən ilki yarışdan daha da uğurlu olacağına inanırıq!!!