Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

“Synergy Group” şirkəti ilə görüş keçirilmişdir

13 Yan 2020

Milli Paralimpiya Komitəsində “Synergy Group” şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə Komitə ilə şirkət arasında birgə əməkdaşlığın mümkün istiqamətləri geniş müzakirə edilmişdir. Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov ölkəmizdə paralimpiya hərəkatının inkişafı sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər və gələcək planlar barədə şirkətin nümayəndələrinə geniş məlumat vermiş, birgə əməkdaşlığın mümkün istiqamətləri barədə öz təkliflərini qonaqların diqqətinə çatdırmışdır.
Komitə prezidenti ilə görüş zamanı “Synergy Group” şirkətinin icraçı direktoru Rauf Axundov Komitənin fəaliyyətini izlədiklərini və paralimpiyaçılarımızın əldə etdikləri uğurlara sevindiklərini bildirərək, Komitə ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduqlarını qeyd etmişdir. R.Axundov həmçinin regionlarda da əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulamışdır.