Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Qış idman növləri üzrə paralimpiya yığma komandası

13 Yan 2020

Azərbaycanın qış idman növləri üzrə paralimpiya yığma komandasının üzvləri təlim-məşq toplantısına yola düşüblər. Təlim-məşq toplantısı 13 – 25 yanvar 2020 –ci il tarixlərində Şahdağ Turizm Mərkəzində keçiriləcəkdir.
Snoubordçu Aytac Qasımova baş məşqçi Məhəmməd İsmayılovun rəhbərliyi ilə Şahdağ Turizm Mərkəzində 13 – 18 yanvar tarixlərində təlim keçəcəkdir. 18 – 25 yanvar tarixlərində isə dağ xizəkçilərimiz Daşqın Abbasov və Gülnar Rəhimova da təlim-məşq prosesinə qoşulacaqlar. Təlimin məqsədi idmançılarımızın hazırlıq səviyyəsini artırmaq və 24 fevral – 02 mart 2020- ci il tarixlərində Polşada keçiriləcək Qış Oyunlarına hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, idmançılarımız Şahdağ Turizm Mərkəzinin dəstəyi ilə təlim-məşq toplantısına qatılıb.