Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Milli Paralimpiya Komitəsi ilə “TOPAZ”

14 Yan 2020

Milli Paralimpiya Komitəsi ilə “TOPAZ” şirkəti arasında görüş keçirilmişdir.
Milli Paralimpiya Komitəsində “TOPAZ” şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir. Milli Paralimpiya Komitəsinin Beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı ölkəmizdə paralimpiya hərəkatının inkişafı sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər və gələcək planlar barədə şirkətin nümayəndələrinə geniş məlumat vermiş, birgə əməkdaşlığın mümkün istiqamətləri barədə öz təkliflərini qonaqların diqqətinə çatdırmışdır.
Komitə əməkdaşları ilə görüş zamanı “TOPAZ” şirkətinin marketinq direktoru Nigar Nəzərova Komitənin fəaliyyətinin onlar üçün maraqlı olduğunu və paralimpiyaçılarımızın əldə etdikləri uğurlara sevindiklərini bildirərək, Komitə ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduqlarını qeyd etmişdir. N.Nəzərova həmçinin Uşaq Paralimpiyası ilə əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulamışdır.