Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

DOST Agentli

15 Yan 2020

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti DOST Agentliyində olub.

Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov qonaqları 1 saylı Bakı DOST Mərkəzi və 142 Çağrı mərkəzinin fəaliyyəti, xidmət prosesi ilə tanış edib. Onlara xidmətlərin dairəsi və növləri, tətbiq edilən yeniliklər, xüsusən elektron həll yolları barədə ətraflı məlumat verilib. Həmçinin Agentlikdə təşkil edilən könüllü fəaliyyəti, “Könüllü DOST” proqramının ictimai faydalılığı məsələlərinə toxunulub.

İ.Rəhimov Milli Paralimpiya Komitəsi tərəfindən də könüllü fəaliyyətə xüsusi diqqət ayrıldığını və bu istiqamətdə qarşılıqlı əməkdaşlıq perspektivlərinin olduğunu bildirib. Görüş zamanı digər potensial əməkdaşlıq istiqamətləri də müzakirə edilib.