Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Baş məşqçilər ilə görüş

21 Yan 2020

21 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində (MPK) iclas keçirilmişdir.
Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Paralimpiya oyunlarında təmsil olunmaları ehtimal olunan idman növləri üzrə baş məşqşiləri ilə görüş keçirmişdir. Görüşdə 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar Komitənin 2020-ci il üçün strateji fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə görüləcək işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilmiş və idman növləri üzrə baş məşqçilər məlumatları vermişlər. MPK prezidenti İlqar Rəhimov baş məşqçilərdən idmançıların hazırki fiziki və psixoloji vəziyyəti ilə maraqlanmış və müvafiq tapşırıqlar vermişdir.
Qeyd edək ki, idmançılarımız bu günə qədər “Tokio 2020”-yə 7 lisenziya qazanıblar. Bu lisenziyalar güllə atıcılığı, atletika, üzgüçülük və pauerliftinq idman növləri üzrədir. “Tokio 2020” Yay Paralimpiya Oyunlarında Azərbaycanın 7 idman növü üzrə 30 idmançı ilə təmsil olunacağı proqnozlaşdırılır.
Görüşdə MPK-nin vitse prezidenti İlham Zəkiyev və baş katib Kamal Məmmədov iştirak edirdilər.