Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Belarus Respublikasının Minsk şəhərində əlil arabasında idman rəqsi üzrə 20-ci Açıq Belarus çempionatı keçirilmişdir.

14 Sep 2017

14 sentyabr 2017-ci il tarixində Belarus Respublikasının Minsk şəhərində əlil arabasında idman rəqsi üzrə 20-ci Açıq Belarus çempionatı keçirilmişdir. Yarışa 8 ölkədən 50 idmançı qatılmışdır. Turnirin nəticəsinə görə Vüsalə Kərimova və Fərid Mehdiyev Kombi - Latino Klass 2 və Kombi Fristayl Klass 2 növlərində uğurla çıxış edərək çempionatın qızıl medallarını qazanmışlar! Yarışda qalib olan idmançıları Milli Paralimpiya Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamal Məmmədov medallarla təltif etmişdir. 
15 sentyabr 2017-ci il tarixində isə Paraşutla tullanma idman növü üzrə yarışlara start veriləcəkdir. Yarışda Azərbaycan Milli Paralimpiya Komitəsini Kərimova Vüsalə, Mehdiyev Fərid və Babayeva Kəmalə təmsil edəcəklər.
Qeyd edək ki, əlil arabası istifadəçilərinin təyyarədən paraşutla tullanma idman növü dünya miqyasında paralimpiyaçılar arasında populyarlaşması Azərbaycan Milli Paralimpiya Komitəsinin təşəbbüsü ilə reallaşmışdır. Artıq ənənəvi olaraq hər il Minsk şəhərində paraşutla tullanma idman növü üzrə beynəlxalq yarışlar təşkil olunur.