Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Milli Paralimpiya Komitəsinin yeni lahiyəsi

22 Yan 2020

Milli Paralimpiya Komitəsinin yeni lahiyəsi

Azərbaycanda əlil arabasında basketbol idman növü yaradılır. Bu səbəbdən, Milli komandaya idmançıların seçiminə başlanılıb.
Əlil arabasında Basketbol idman növü üzrə milli komandaya aşağıda göstərilən əlillik səbəbləri üzrə idmançıların seçimi aparılır:
1.Əzələ gücünün zəifliyi ( minimum olaraq 1 ayağın diz, ayaq biləyi, bud və çanaq oynağı nahiyəsində əzələ gücünün zəifliyi)
2.Hərəkət diapazonunun zəifliyi (ayağın diz, ayaq biləyi, bud və çanaq oynağı nahiyəsində hərəkətin məhdudluğu)
3.Minimum olaraq 1 ayağın atetozu və ya ataksiyası
4.Aşağı ətrafların hər-hansı bir hissəsinin amputasiyası
5.Ayaqların uzunluğunda fərq (minimum 6 sm)
Əlil arabasında Basketbol idmanı üzrə məşğul olmaq istəyənlər aşağıda qeyd olunan nömrələr ilə əlaqə saxlaya bilərlər.
0124412881 – Milli Paralimpiya Komitəsinin Baş ofisi
0775055090 – İdman şöbəsinin Baş mütəxəssisi Rüfət Rəhimov