Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

IBSA JUDO GRAND PRIX BAKU 2020

04 Apr 2020

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin “IBSA JUDO GRAND PRIX BAKU 2020” yarışı ilə bağlı məlumatı.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (MPK) Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərərgahın koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair tövsiyələrə əsasən “International Blind Sports Federation” (IBSA) ilə 11 – 12 may 2020 – ci il tarixlərində Bakıda keçirəlməsi nəzərdə tutulan “IBSA JUDO GRAND PRIX BAKU 2020” yarışı ilə bağlı müzakirələr aparmış və Qran Prinin 2021-ci ildə keçiriləcəyi ilə bağlı razılıq əldə edilmişdir.
Alınmış razılığa əsasən “IBSA JUDO GRAND PRIX BAKU 2020” yarışı Bakıda 2021-ci ilin may ayında keçiriləcək və “Tokio 2020” Yay Paralimpiya Oyunları öncəsi sonuncu kvalifikasiya yarışı olacaqdır. Eləcə də, “International Blind Sports Federation” 2020-ci ildə idmaçılar üçün yarışların məhdud olmağı ilə əlaqədar olaraq və Milli Paralimpiya Komitəsinin 2019-cu ildə keçirilmiş Qran Prinin yüksək səviyyədə keçirilməsini nəzərə alaraq 2020-ci ilin noyabr ayında Bakıda Dünya Kubokunun və beynəlxalq təlim-məşq toplantısının keçirilməsi ilə bağlı Komitəyə müraciət etmişdir. Bununla bağlı MPK-də iclas keçiriləcək və yarışın keçirilməsi ilə bağlı müzakirələr aparılacaqdır.
IBSA Azərbaycan Milli Paralimpiya Komitəsinin “IBSA JUDO GRAND PRIX BAKU 2020” yarışına olan hazırlıqlarını yüksək qiymətləndirmiş və Komitənin hazırlıq dövründə maliyyə itkiləri ilə üzləşdiyi üçün təəssüf hissini bildirmişdir. Milli Paralimpiya Komitəsi isə öz növbəsində idmançıların və onları müşayiət edən şəxslərin sağlamlığlarını və təhlükəsizliyini maliyyə itkilərindən daha üstün tutduğunu bildirib.
Azərbaycan Milli Paralimpiya Komitəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi və Azərbaycan Cüdo Federasiyasına “IBSA JUDO GRAND PRIX BAKU 2020” yarışının təşkilatçılığında göstərdikləri dəstək və gələcək əməkadaşlıq üçün təşəkkürünü bildirir!
Tərəfdaşlarımız SOCARBP AzerbaijanUnibankHyatt Regency BakuCoca-Cola AzerbaijanBakı Nəqliyyat Agentliyiİctimai Televiziya və Radio Yayımları Şirkətinə “IBSA JUDO GRAND PRIX BAKU 2020” Qran Prisi öncəsi hazırlıqlar zamanı yanımızda olduqları üçün təşəkkür edirik. Əminik ki, 2020-ci ilin noyabr ayında keçirilməsi nəzərdə tutulan Dünya kubokunda tərəfdaşlarımızın yanımızda olmaları yarışın yüksək səviyyədə baş tutmasında mühüm rol oynayacaq.