Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

DİQQƏT! MÜSABİQƏ!

31 Mar 2020

DİQQƏT! MÜSABİQƏ!

Mövcüd vəziyyətlə əlaqədar ölkədə tədbiq olunan karantin müddətində yaradıcı insanların #evdəqal #evdəyarat hərəkatına qoşulmağını təşviq etmək məqsədi ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin talismanının (maskot) yaradılması üçün müsabiqəyə start verilir!

Müsabiqənin şərtləri:
Rəsmləri plakat və kompüter proqramlarından istifadə edərək hazırlamaq olar. Plakat üzərində olan rəsmlərin şəkillərini və kompüterdə hazırlanmış işləri press@paralympic.az elektron ünvanına ad, soyad, ata adı, əlaqə nömrəsi və mövzuda “TALİSMAN” yazaraq göndərə bilərsiniz.
Müsabiqə 05 aprel 2020-ci il tarixdən başlayaraq, 01 may 2020-ci il tarixinədək davam edəcək.

Müsabiqənin qalibi və onun mükafatlandırılması Azərbaycan Milli Paralimpiya Komitəsinində təşkil olunacaq münsiflər heyətinin rəyinə əsas olaraq müəyyən ediləcək.

Qalib olaraq seçilmiş talisman rəsmi Azərbaycan Milli Paralimpiya Komitəsinin mülkiyyətinə keçir.

Əlavə məlumat üçün əlaqə telefonları:
Azərbaycan Milli Paralimpiya Komitəsi: (012) 441 28 81
Əlaqələndirici şəxs: Leyli Yusifli