Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

TOKİO 2020

30 Mar 2020

Tokio 2020 Yay Paralimpiya Oyunlarının keçiriləcəyi yeni tarixi təsdiqləndi.
Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) prezidenti Andrew Parson Milli Paralimpiya Komitələrinə məktubla müraciət etmişdir. Müraciətində BPK prezidenti bildirmişdir ki, Tokio 2020 Yay Paralimpiya Oyunları 24 avqust – 05 sentyabr 2021-ci il tarixlərində keçiriləcək.
Məktubun tərcüməsini sizə təqdim edirik:

30 Mart 2020
Tokio 2020 Paralimpiya Oyunlarının yeni tarixləri
Əziz dostlar,
Çox böyük məmnuniyyətlə sizə çatdırmaq istəyirəm ki, Tokio 2020 Paralimpiya Oyunlarının keçirilmə vaxtı dəyişdirilərək 24 avqust – 05 sentyabr 2021-ci il tarixlərinə təyin olunmuşdur.
Paralimpiya Oyunlarının yeni tarixlərinin tez bir zamanda müəyyənləşdirilməsi vacib addım idi, cünki Oyunlara hazırlıqlar və planlaşdırma işləri davam etməlidir. Yeni tarixlərin müəyyənləşməsi idmançılarımıza müəyyənlik, tərəfdaşlarımız və üzvlərimizə isə əminlik hissi verir. Bu bütün dünya üçün gələcəyə ümidlə baxmaq üçün çox önəmlidir.
Yeni tarixlər təyin olunduğundan, Beynəlxalq Paralimpiya Komitəsi bütün Beynəlxalq Federasiyalar ilə birlikdə yeni təsnifat şərtlərini hazırlayacaqdır. Tokio 2020 Paralimpiya Oyunlarına artıq lisenziya qazanmış idmançılar və kvota yerlər olduğu kimi qalacaqdır.
Tokio 2020 Paralimpiya Oyunlarına 512 gün qədər zaman qalmışdır. İndi dövrün çox çətin bir dönəm olduğunu nəzərə alaraq, O zamana qədər sizə öz və ailə üzvlərinizin, dostlarınızın sağlamlığına diqqət etməyinizi xahiş edirəm.
Hörmətlə, A. Parsons