Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Belorusiya Respublikasının Minsk şəhərində 10 ölkənin iştirakı ilə Əlil arabasında idman rəqsi və təyyarədən paraşutla tullanma idman növü üzrə beynəlxalq yarış keçiriləcək.

12 Sep 2017

13-17 sentyabr 2017 ci il tarixində Belorusiya Respublikasının Minsk şəhərində 10 ölkənin iştirakı ilə Əlil arabasında idman rəqsi və təyyarədən paraşutla tullanma idman növü üzrə beynəlxalq yarış keçiriləcək. Həmin yarışda Azərbaycan Milli Paralimpiya Komitəsini Kərimova Vüsalə, Mehdiyev Fərid və Babayeva Kəmalə təmsil edəcəklər.
Qeyd edək ki, əlil arabası istifadəçilərinin təyyarədən paraşutla tullanma idman növü dünya miqyasında paralimpiyaçılar arasında populyarlaşması Azərbaycan Milli Paralimpiya Komitəsinin təşəbbüsü ilə reallaşmışdır. Artıq ənənəvi olaraq hər il Minsk şəhərində paraşutla tullanma idman növü üzrə beynəlxalq yarışlar təşkil olunur.
Bu gecə idmançılarımız Heydər Əliyev adına beynəlxalq hava limanından Minsk şəhərinə yola düşəcəklər!
İdmançılarımıza uğurlar arzulayırıq!