Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

BPK prezidenti MPK-rə məktub göndərib

23 Mar 2020

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Milli Paralimpiya Komitələrinə məktub göndərib.

Hörmətli Beynəlxalq Paralimpiya Komitəsinin üzvləri,
Bir az əvvəl Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Prezidenti Tomas Bax tərəfindən məlumat verildi ki, BOK bu gün ( 22 Mart ) tarixindən etibarən qarşıdan gələn Olimpiya və Paralimpiya Oyunlarının mümkün təxirəsalınması imkanlarını 4 həftə ərzində araşdıracaqdır.
Qərar BOK-nin İcraiə Komitəsi üzvlərinin bir az öncə başa çatmış fövqəladə iclası tərəfindən qəbul olunmuşdur.
Beynəlxalq Paralimpiya Komitəsi də daxil olduğu BOK-bir sıra əsas üzvləri ilə birlikdə mövcud tibbi vəziyyəti, onların Oyunlara təsiri və yarışların mümkün təxirə salınması imkanlarını qiymətləndirəcəklər. Xahiş edirik. Diqqət edəsiniz ki, oyunların ləğv olunması müzakirə mövzusu deyil.
Daha geniş məlumat olacağı təqdirdə sizinlə bölüşəcəyəm.
Hörmətlə,
Andraw Parsons
Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti

Məktuba əlavə:

BPK-i BOK-un Tokio 2020 haqqında qərarını dəstəkləyir.
Cəlb olunmuş bütün şəxslərin sağlamlığını qorumaq və COVID-19-un yayılmasının qarşısının alınmasından ötəri Beynəlxalq Olimpiya Komitəsi bu gün 22 Martda mövcud tibbi vəziyyəti,onların Oyunlara təsiri və yarışların mümkün təxirə salınması imkanlarını qiymətləndirəcəklərini elan etmişdir.
Bu elandan dərhal sonra Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) Prezidenti Endryu Parsonsun buna öz münasibətini belə bildirmişdir:
BPK, mən və əminəm ki, bütün Paralimpiya Hərəkətı Beynəlxalq Olimpiya Komitəsinin Tokio 2020 Olimpiya və Paralimpiya Oyunlarının keçirilmısinin təxirəsalınma da daxil olmaqla mümkün həll yollarını tapmaqla bağlı qərarını tam dəstəkləyir.
İnsan həyatı hər şeydən önəmlidir və bu günlərdə idmançılar da daxil olmaqla hər kəs üçün vacidir ki, evdə qalaraq bütün dünya cəmiyyətinə təsir göstərən bu dəhşətli xəstəliyin daha da yayılmasının qarşısını alsın.
Oyunlara gəldikdə isə, burada iştirak edən hər bir kəsin sağlamlığı və firavanlığı bizim üçün bir nömrəli prioritet məsələdir və qarşılaşdığımız misli görünməmiş bu situasiyanı nəzərə alsaq tamamilə düzgün qərardır.
Qarşıdakı dörd həftəlik bir zaman bizə imkan verəcək ki, ümümdünya səhiyyəsində hadisələrin gedişini izləyək və buna uyğun olaraq mümkün həll yollarını axtaraq. Eyni zamanda Oyunların keçirilmə vaxtlarında dəyişikliyin edilib-edilməməsinə qərar verək.
Təsəvvür edə bilərsiniz ki,Olimpiya və Paralimpiya Oyunların vaxtının dəyişdirilməsi necə böyük qüvvə tələb edən bir prosesdir və BPK bu yolun hər bir addımında BOK-a öz dəstəyini göstərəcəkdir.