Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

BPK prezidenti Andrew Parsonsun müraciəti.

20 Mar 2020

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Andrew Parsonsun müraciəti.
Əziz idmançılar, əziz üzvlər, əziz dostlar,
Bəşəriyyət unikal bir sınaq ilə üzləşib. Bir çox ölkələr, şəhərlər və icmalar dünyada əvvəllər heç olmamış bir vəziyyətlə qarşılaşıblar.
Bunlar görünməmiş və qeyri-müəyyən bir dövrlərdir və biz hal-hazırda idmandan da çox daha böyük bir an yaşayırıq.
Həmişə olduğu kimi, bizim Paralimpiya Hərəkatına qoşulan şəxslərin hamısının qayğısına qalmaq borcumuz var və biz sizin üçün doğru olanı edəcəyik.
Para idmançılarının sağlamlığı və rifahı bizim prioritet məsələmiz olaraq qalır və əgər, COVID 19-un qlobal səviyyədə qarşısının alınması strategiyasının bir hissəsi olaraq növbəti həftələrdəki idman tədbirlərinin ləğv edilməsi vacibdirsə, deməli, bunu etmək ən düzgün addımdır. Qlobal bir cəmiyyət olaraq, biz bir olmalıyıq və sağlamlığı, ən əsası da həyatı qorumaq üçün əlimizdən gələn bütün tədbirləri görməliyik.
Təxminən yeddi ildir ki, biz Tokio 2020 Paralimpiya Oyunlarında birlikdə hansı nəaliyyətləri qazanacağımızı xəyal edirik. Tariximizdə ən həyəcanverici və maraqla gözlənilən Oyunları etməkdən ötəri hamımız çox böyük güc sərf etmişik. Mənə görə çox möhtəşəm və rekordlarla zəngin olacaq Oyunlar üçün demək olar ki, hər şey öz əvvəlki yerində olaraq qalır.
Keçirilməsinə 159 gün qalmış Oyunların hazırlıqları sürətlə davam edir və planlaşdırıldığı kimi 25 Avqust 2020 il tarixində Paralimpiya oyunlarının açılışı üçün əlimizdən gələni edirik. Xahiş edirəm nəzərə alın ki, mövcud vəziyyəti və onun dünyadakı təsirini biz yaxşı bilirik. Ancaq artıq vaxtıdır ki, biz daha kəskin tədbirlərin görülməsinin lazım olub olmadığını müəyyənləşdirək. Biz Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BOK, Tokio 2020 təşkilat komitəsivə öz sağlamlıq mütəxəssislərimizlə sıx və müntəzəm dialoqa davam etdiririk. Yarışların ləğv olunmasının təsnifat və klassifikasiya imkanları ilə bağlı qeyri-müəyyənliyə səbəb olduğunu tam anlayırıq. Sizi əmin edə bilərəm ki, IPC komandası qarşılaşdığımız hər çətinliyi həll etmək üçün gecə-gündüz çalışır. Həmçinin, əvvəlki qaydada məşq edə bilməyən və ev şəraitində məşq etməyin həll yollarını axtaran para idmançılarına rəğbət bəsləyirik.
Bazar ertəsi günü, IPC İdarə Heyəti son vəziyyətlə əlaqədar toplandı. Bu həftə isə Mən, İcraçı direktorumuz və IPC İdarəetmə Qrupunun yüksək səviyyəli üzvləri Beynəlxalq Federasiyalar, Milli Paralimpiya Komitələri və idmançı nümayəndələri ilə danışıqlar davam edir və baş verən problemlər və onların təsiri haqqında müzakirələr aparılır.
Bu müzakirələrdə üç rəhbər prinsip əsas götürülür: idmançıların sağlamlığı və rifahı,çeviklik və ədalət.
Bacardığımız məqamlarda kömək etmək və həll yolu tapmaq bizim istəyimizdir, ancaq bu bənzərsiz qlobal böhran nəticəsində növbəti nəyin baş verəcəyini öncədən görmək bacarığımız yoxdur.. Vəziyyət hər gün deyil, hər saat dəyişir.
Ancaq Sizə vəd edə bilərəm ki, gələn həftə və aylar ərzində qarşımızda daha aydın mənzərə yarananda Beynəlxalq Federasiyalar ilə birlikdə Tokio 2020-ni təsnifatı və klasifikasiya ilə bağlı həll yollarını tapacayıq.
Dünya bu nəsildə ən böyük problemlərindən biri ilə qarşılaşdığından, səbrinizi və çevikliyinizi xahiş edirik qoruyasınız və diqqətinizi Tokio 2020 Paralimpiya oyunlarına yönəldəsiniz. Bu oyunlar artıq Yaponiyanı dəyişdirən bir vasitə olmuşdur və ümid edirəm ki, bu yay bütün dünyanı dəyişdirəcəkdir. Paralimpiya Hərəkatında yolumuzdakı çətinliklər və maneələrbizim üçün yeni deyil. Əvvəllər olduğu kimi bu dəfə də , bu və ya digər şəkildə bir həll yolu tapacayıq.