Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Müyəssərliyin Qiymətləndirilməsi Mərkəzi MMC

18 Iyu 2020

Azərbaycan Respublikası Müyəssərliyin Qiymətləndirilməsi Mərkəzi Məhdud Məsuliyyət Cəmiyyətinin ekspertləri beynəlxalq sertifikatla təltif olundular.
18 iyun 2020-ci il tarixində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində videokonfrans şəklində iclas keçirilib. İclasda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, baş katib Kamal Məmmədov, Rusiya Federasiyasının "Ərazilərin ekoloji-sosial və innovativ inkişafı üzrə milli mərkəzi"nin rəhbəri Dmitri Petrakov və Azərbaycan Respublikası Müyəssərliyin Qiymətləndirilməsi Mərkəzi Məhdud Məsuliyyət Cəmiyyətinin (MQM MMC) ekspertləri iştirak ediblər.
Görüşdə İlqar Rəhimov ekspertlərə keçirdiyi təlimlərə görə Dmitri Petrakova təşəkkür edib və müyəssərliklə bağlı işlərin nə dərəcədə vacib olduğunu bir daha vurğulayıb. Daha sonra, Komitənin baş katibi Kamal Məmmədov, Dmitri Petrakov və MQM MMC-nin rəhbəri Elçin Əsədov gələcək işlər haqqında fikir mübadiləsi aparıblar. Görüşün sonunda kursları tamalamış və qiymətləndirmə imtahanlarını müvəffəqiyyətlə başa vurmuş 6 ekspertə beynəlxalq sertifikatlar təqdim edilmişdir.
Qeyd edək ki, sertifikatla təltif olunmuş ekspertlərin iştirak etdikləri təlimlər mövcud və tikilməkdə olan obyektlərdə əlilliyi olan şəxslər üçün müyəssərliyin təmin edilməsi məsələsini əhatə edirdi. Əlilliyi olan şəxslər üçün əngəlsiz ətraf mühitin yaradılması istiqamətində keçirilmiş təlimlərin iştirakçılarına müyəssərlik ilə bağlı mövcud standartlar və dünyada qəbul olunmuş normalar haqqında məlumatlar verilmişdir.