Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Milli Paralimpiya Komitəsinin prezidenti cənab İlqar Rəhimov Uşaq Paralimpiya Komitəsinin boccia idman növü üzrə idmançılarını gəbul etmişdir

12 Sep 2017


12 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti cənab İlqar Rəhimov Uşaq Paralimpiya Komitəsinin boccia idman növü üzrə idmançıları Rüfət Bayramov və Qismət Babayevi, həmçinin onların baş məşqçisi Vaqif Bayramovu gəbul etmişdir.
İ.Rəhimov idmançılarımızı Rusiya Federasiyasının Moskva şəhərində keçirilmiş boccia idman növü üzrə beynəlxalq turnirdə uğurlu çıxışları münasibəti ilə təbrik etmişdir. O, idmançılara xatirə hədiyyəsini təqdim edərək onlara gələcəkdə daha parlaq qələbələr arzulamışdır.
Qeyd edək ki, Uşaq Paralimpiya Komitəsinin boccia idman növü üzrə idmançıları Azercell Telekom MMC-nin dəstəyi ilə ilk dəfə olaraq Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş boccia idman növü üzrə beynəlxalq turnirdə iştirak ediblər. Yarışda İngiltərə, Rusiya, Polşa, Çexiya kimi güclü komandaların idmançıları ilə uşaqlarımız mübarizə aparıblar.
Fərdi keçirilən yarışlarda idmançımız Rüfət Bayramov 1/4 finala gədər yüksələ bilmiş, komanda yarışında isə millimiz bürünc medala sahib çıxıb.