Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

MQM MMC öz fəaliyyətinə başladı

17 Iyu 2020

Azərbaycan Respublikası Müyəssərliyin Qiymətləndirilməsi Mərkəzi Məhdud Məsuliyyət Cəmiyyəti (MQM MMC) öz fəaliyyətinə başladı. MQM MMC-də beynəlxalq tədrisdən keçərək müvafiq sertifikatlara yiyələnmiş ekspertlər çalışır.
Mərkəz aşağıda qeyd olunmuş bəndlərə əsasən fəaliyyət göstərəcəkdir:
1. Azərbaycan Respublikasının ərazisində əlilliyi olan şəxslər, idmançılar və azhərəkətli əhali qrupları üçün maneəsiz mühitin yaradılması, müyəssərliyin təmin olunması sahəsində monitoringlərin aparılması.
2. Müvafiq idman və infrastruktur obyektlərindən , yaşayış
binalarından əlilliyi olan şəxslər və idmançılar tərəfindən istifadə , o cümlədən, obyektlərin mövcud vəziyyətinin uyğunluğunun müstəqil qiymətləndirilməsi və ağlabatan uyğunlaşdırılması üçün tövsiyyələrin hazırlanması.
3. İdman, yaşayış və infrastruktur obyektlərində əlilliyi olan şəxslərə zərər yetirilməsinin qarşısının alınması üçün onlara müyəssərliyin və maneəsiz mühitin yaradılması sahəsində könüllü
sertifikatlaşdırma şəklində qiymətləndirilməsini təşkil etməkdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 03 iyun 2020-ci il tarixində keçirilən Ümumi yığıncağın qərarına əsasən Milli Paralimpiya Komitəsi “Azərbaycan Respublikası Müyəssərliyin Qiymətləndirilməsi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisidir.
Əlaqə nömrəsi: (012)441-28-81