Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Milli Paralimpiya Komitəsinin məlumatı

07 Iyu 2020

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin sabiq vitse-prezidenti Şaiq Məmməd oğlu Həmidov dünyasını dəyişib.

Ş.Həmidov Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) icraçı direktoru, daha sonra 08 fevral 2013-cü il tarixində AMPK-nın IV hesabat Seçki Konqresində Komitənin vitse-prezidenti vəzifəsinə seçilmişdir.

02 fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Ş.Həmidov tərəqqi medalı ilə təltif edilmişdir.

Allahdan mərhuma rəhmət, ailə üzvlərinə səbr diləyirik.

Allah rəhmət eləsin!