Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Milli Paralimpiya Komitəsinin məlumatı

01 Iyu 2020

01 iyun 2020-ci il tarixində Uşaq Paralimpiya Komitəsinin “Valideyn klubu”-nun audiokonfrans şəklində iclası keçirilmişdir. İclasda bir sıra məsələlər müzakirə edilmiş, eləcə də klubun reqlamenti təsdiq olunmuşdur. Valideyn klubu uşaq paralimpiyaçılarının təlim-məşqlərində iştirak etmək, asudə vaxtlarını, könüllülərlə iş və psixoloji konsultasiyalarının təşkilində fəaliyyət göstərəcək. Qeyd edək ki, könüllülərlə işin təşkilində “BİR könüllü” , DOST, Miqrasiya və ASAN könüllüləri ilə uşaq paralimpiyaçıların görüşü, müxtəlif tədbir və lahiyələrin həyata keçirilməsi nəzərdə tutulub.
İclasda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olundu.
Azərbaycan Milli Paralimpiya Komitəsi olaraq biz də uşaqlarla bağlı layihələrin həyata keçirilməsinə öz töhvəmizi veririk və uşaqları hər gün diqqət mərkəzində saxlamağa çağırırıq.
Audiokonfransda Azərbaycan Milli Paralimpiya komitəsinin baş katibi Kamal Məmmədov iştirak edib.