Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Milli Paralimpiya Komitəsinin məlumatı

20 May 2020

03 iyun 2020-ci il tarixində, saat 11-00 -da Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçiriləcəkdir.
Yığıncaq Milli Paralimpiya Komitəsinin C.Hacıbəyli 110 ünvanındakı ofisində keçiriləcək.
Yığıncaqda Milli Paralimpiya Komitəsinin üzvləri iştirak edəcəklər.
Yığıncağda aşağıda qeyd edilən məsələlər müzakirə olunacaq:

1. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi tərəfindən Milli Abilimpiya Federasiyasının yaradılmasında təsisçi kimi iştirak olunması.
2. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi tərəfindən “Azərbaycan Respublikası Müyəssərliyin Qiymətləndirilməsi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasında təsisçi kimi iştirak olunması.

Qeyd: Karantin müddətinin uzadılacağı təqdirdə ümumi yığıncağın videokonfrans formatında keçirilməsi nəzərdə tutulub.