Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Milli Paralimpiya Komitəsinin məlumatı

15 Iyu 2020

Azərbaycanın Respublikası Milli Paralimpiya Komitəsindən.

Məlum olduğu kimi, 12 iyul 2020-ci il tarixindən etibarən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın hərbi təxribatı nəticəsində şiddətli döyüşlər baş verib. Düşmənin ağır hərbi texnikası, istehkamları, müdafiə qurğuları ordumuz tərəfindən darmadağın edilib. Düşmən çoxlu sayda itki verərək geri otuzdurulub.
14 iyul 2020-ci il tarixində, gecə saatlarında minlərlə insan paytaxtımızın müxtəlif ərazilərində orduya dəstək şüarlarını səsləndirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Ordusuna və dövlətə dəstəyini ifadə edib. Dəstək aksiyaları paytaxt Bakıda, Xırdalanda, Sumqayıtda və ölkəmizin digər bölgələrində də keçirilib. Bu Azərbaycan xalqının dövlət başçısının siyasətini bütünlüklə dəstəklədiyini göstərir.
Təəssüf hissi ilə bildiririk ki, orduya və dövlətə dəstək aksiyasına qoşulan bir qrup insan təxribat törətməyə çalışıb, polisin çağırışına əməl etməyib, Milli Məclisin binasına qeyri-qanuni yolla daxil olaraq içəridəki avadanlığa zərər vurublar.
Azərbaycan güclü dövlətdir, əldə olunmuş əmin-amanlıq, təhlükəsizlik, sabitlik, inkişaf və sosial rifah dövlət müstəqilliyi dövrümüzün ən böyük nailiyyətidir.
Paralimpiya ailəsi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün, əhalinin təhlükəsizliyinin təmin olunması və erməni təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyirik. Biz də vətəndaş mövqeyi göstərərək, təxribatçılara qəti etirazımızı bildirir, belə çətin və məsuliyyətli anda millətə və dövlətə qarşı xəyanət yolu tutanları şiddətlə qınayırıq.

12 iyul 2020-ci il tarixindən etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində gedən ağır döyüşlər zamanı general-mayor Polad Həşimov, onunla bərabər bir neçə zabit və əsgərimiz qəhrəmancasına döyüşərək şəhid olub. General Polad Həşimovun döyüş əməliyyatları zamanı şəhid olması Azərbaycan generallarının əsgərlərlə birgə ön cəbhədə birbaşa döyüşlərdə vətəni bərabər qoruduqlarını göstərən böyük hərbi qəhrəmanlıq nümunəsidir.
Allahdan döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizə rəhmət, yaralılara isə şəfa diləyirik!