Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Paralimpiyaçılar təlim-məşq toplantısında.

11 Avq 2020

Boccia idman növü üzrə milli komandanın üzvləri ölkəmizdə yayılan koronavirus (COVID-19) pandemiyası ilə bağlı bir neçə ay ev şəraitində məşqlərini davam edirdi. İdmançıların fiziki hazırlıqlarını artırmaq məqsədilə 10 – 19 avqust 2020-ci il tarixlərində Boccia idman növü üzrə komanda 18 nəfərlik heyətlə Zaqatala Olimpiya İdman Kompleksində açıq hava şəraitində təlim-məşq toplasında iştirak edəcək. Təlim-məşq toplantısı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Milli Paralimpiya Komitəsinin dəstəyi ilə keçirilir.
Qeyd edək ki, təlim-məşq toplantısı zamanı komanda üzvləri sosial məsafə və digər karantin qaydalarına məsuliyyətlə riayət edir.