Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Milli Paralimpiya Komitəsinin məlumatı

11 Avq 2020

11 avqust 2020-ci il tarixində Azərbaycan Milli Paralimpiya Komitəsində Milli Abilimpiya Federasiyasının təşkilat komitəsinin Eşitmə və nitq mədudiyəti olan insanları təmsil edən bir neçə QHT-ləri ilə görüşü baş tutub. Görüşdə Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Azərbaycan Milli Abilimpiya Federasiyasının təşkilat komitəsinin üzvləri Aqşin Babayev və Cavad Qasımov, “Səssiz Dünya İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək” İctimai Birliyinin sədri Aidə Mövlud, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Abdulova, “Karlara Dəstək” İctimai Birliyinin sədri Kamran Abasov iştirak ediblər.
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov görüş zamanı bildirdi ki, ölkəmizdə yaxın günlərdə Milli Abilimpiya Federasiyası öz fəaliyyətinə başlayacaq. Abilimpiya hərəkatı vasitəsi ilə ölkəmizdə yaşayan əlilliyi olan şəxslər öz peşə bacarıqlarını inkişaf etdirməklə gələcəkdə məşğulluq və özünüməşğulluq proqlamlarında iştirak edəcəklər. Eyni zamanda İ.Rəhimov bildirdi ki, 2021-ci ilin may ayında Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək X Beynəlxalq Abilimpiya Çempionatında iştirak edəcək milli komandanın formalaşdırılması məqsədilə yerli yarışların keçirilməsi də nəzərdə tutulub, eşitmə və nitq məhdudiyyəti olan insanların da bu yarışlarda iştirak etmələri çox vacibdir. Beləliklə bu qrup insanların öz istedadlarını və qabiliyyətlərini göstərmək üçün yeni imkanlar açılır və bu imkanlar onların həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcəkdir.
Daha sonra Azərbaycanda Abilimpiya hərəkatının inkişafı və bununla bağlı gələcək işlər müzakirə edilmiş, eyni zamanda birgə əməkdaşlıq haqqında fikir mübadiləsi aparılmışdır.