Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Uşaq Paralimpiya Komitəsinin idmançıları Moskvada keçirilən Boccia idman növü üzrə beynəlxalq turnirdə ilk günlərini uğurla yekunlaşdırıblar

06 Sep 2017

Uşaq Paralimpiya Komitəsinin idmançıları Moskvada keçirilən Boccia idman növü üzrə beynəlxalq turnirdə ilk günlərini uğurla yekunlaşdırıblar! Belə ki, Rüfət Bayramov ilk rəqinibi 10-0, ikinci rəqibini 3-2 hesabı ilə məğlub etmişdir. Sonuncu qarşılaşmasında Bayramov Ingiltirə nümayəndəsinə taymbreykdən (heç-heçə) sonra 4-3 məğlub olsa da 1/4 finala vəsiqə qazanmışdır. Yarişın ən azyaşlı idmançısı Qismət Babayev isə Polşa idmançısına 5-4 hesabı ilə qalib gəlsə də, Rusiya idmançılarına 2-3 və 3-4 hesabı ilə məğlub olaraq çıxışlarını dayandırmışdır.
Sabah Rüfət Bayramov 1/4 finalda mübarizə aparacaq!
İdmançımız Rüfət Bayramova uğurlar arzulayırıq!
Qismət Babayevə isə gələcəkdə parlaq qələbələr arzulayırıq!!!