Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Təbrik məktubu-Paralimpiya 25 il

09 Fev 2021

Yaponiyanın Şika səhərinin meri Masaru Koizumi Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimova Komitənin 25 illik yubileyi ilə bağlı təbrik məktubu göndərib.

Hörmətli İlqar Rəhimov,

Sizi Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik etmək istəyirəm.

Azərbaycan Respublikası cəmi 30 il bundan  qabaq  müstəqilliyini qazanmışdır və çox gənc bir dövlətdir. Buna baxmayaraq, ölkəniz öz qədim tarixi, gözəl təbiəti və zəngin mədəniyyəti ilə məhşurdur. Bundan əlavə qeyd etmək istərdim ki, ölkənizdə idman ənənəsi  öz qədim köklərini bu günə qədər saxlamaqdadır.  Bu gün də milli idman müasir idman ilə birlikdə mövcuddurlar. Azərbaycan Yaponiyada Güləş idmanının əsas mərkəzlərindən biri kimi tanınmaqdadır.

Bir çox azərbaycanlı idmançı paralimpiya idmanı sahəsində çox fəaldır. Onlardan ən tanınmışı isə çempion cudoçu İlham Zəkiyevdir. Azərbaycanın beynəlxaq paralimpiya idmanında aparıcı qüvvəyə çevrilməsində keçdiyi yol valehedicidir.

Bildiyiniz kimi Tokyo Olimpiya və Paralimpiya oyunları keçən il təxirə salındığından bu yay keçiriləcəkdir. Baxmayaraq ki, Covid-19 pandemiyası bütün dünyada hələ də tüğyan etməkdədir və bu həqiqətən də narahatçılığa bir səbəbdir, biz tam əmin ki, yarışlar tam təhlükəsiz şəkildə keçiriləcəkdir.

Bizim şəhərimiz bu yay Azərbaycan yığmaları üçün yarış öncəsi hazırlıq təlim-məşqlərinə ev sahibliyi edəcəkdir. Biz hal-hazırda sizin idmançılarınız və nümayəndə heyətinizi qəbul etmək üçün hazırlıq işləri ilə məşğuluq, və əsas istəyimiz  onları yüksək səviyyədə qəbul edə bilməkdir. Biz səbirsizliklə hamınız ilə səmimi şəkildə görüşəcəyimiz günü gözləyirik.

Əlavə olaraq, yarışlarda idmançılarınızın uğurlu çıxış  ilə yanaşı ümid edirik ki, bu oyunlar Azərbaycan ilə idman layihələri və mədəni mübadilə sahələrində də yeni imkanlar yaradacaqdır.

Yekunda, ümid edirəm ki, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi öz qibtəedici ənənələrini bundan sonra da inkişaf etdirməkdə davam edəcəkdir.

Hörmətlə,  Masaru Koizumi


Şika şəhərinin meri