Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Təbrik məktubu-Paralimpiya 25 il

09 Fev 2021

bp Azərbaycan şirkətinin prezidenti Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimova doğum günü və Komitənin 25 illik yubileyi ilə bağlı təbrik məktubu göndərib.

Hörmətli İlqar Rəhimov

Çox böyük məmnuniyyət hissi ilə, bp adından sizin doğum gününüzü təbrik edirəm. Sizə can sağlığı, uzun ömür və Azərbaycan Respublikası xeyrinə olan işlərdə  uğurlarınızın davamlı olmağını arzu edirəm.

Fürsətdən istifadə edərək, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 25 illik yubileyi münasibəti öz təbriklərimi sizə və işçilərinizə çatdırıram.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi ilə əməkdaşlıq etməkdən və ölkədə Paralimpiya hərəkatının inkişafına töhfə verməkdən qürur hissi duyur.

Hörmətlə,

Qəri Counz

bp-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti