09 Fev 2021
Almaniyanın Azərbaycan Respublikasındakı
Fövqəladə və Səlahiyyətli Səfiri Dr. Volfqanq Maniq Milli Paralimpiya Komitəsinin
prezidenti İlqar Rəhimova Komitənin 25 illik yubileyi ilə bağlı təbrik məktubu
göndərib.
Hörmətli cənab Rəhimov,
Milli Paralimpiya Komitəsinin 25 illik
yubileyi münasibətilə sizə Almaniya səfirliyi və öz adımdan təbriklərimi
çatdırmaq istəyirəm. Biz Paralimpiya idmanının əhəmiyyətini və onun əlilliyi
olan insanların həyatına təsirini dəstəkləyirik. Uşaq Paralimpiya Hərəkatına
yeni idmançılar cəlb etdiyinizi eşitmək çox xoşdur.
Növbəti 25 ildə, 2021-ci il üçün fəaliyyət
planınızda və Tokioda idmançılarınıza ən yaxşısını və davamlı uğurlar diləyirik.
Hörmətlə,
Səfir Volfqanq Maniq
