15 Fev 2021
Azərbaycan Respublikası Milli
Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandası bu gün Vətənə
qayıdıb.
Birləşmiş Ərəb Əmirliklərinin
Dubay şəhərində keçirilmiş “Dubai 2021 World Para Athletics” Qran-Prisində 6
idmançı ilə təmsil olunan komandamız yarışlarda 1 qızıl, 2 bürünc olmaqla
ümumilikdə 3 medal qazanıblar.
1. Heydər Həmidli, nizə atma
(F57 kateqoriyası) – qızıl medal (43.75 m nəticə ilə)
2. Elvin Astanov, nüvə itələmə
(F53 kateqoriyası) – bürünc medal (7.30 m nəticə ilə)
3. Oloxan Musayev, nüvə itələmə
(F56 kateqoriyası) – bürünc medal (10.65 m nəticə ilə)
Beləliklə idmançılarımız Heydər
Həmidli və Elvin Astanov dünya reytinqinin ilk onluğunda qərarlaşaraq “Tokio
2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şanslarını daha da
artırıblar.
Qeyd edək ki, 01 aprel 2021-ci
il tarixində Beynəlxalq Para Atletika Federasiyası “Tokio 2020”-yə lisenziya
qazanmış idmançıların adlarını açıqlayacaq.
Bu günə para atletlərimizdən
Oloxan Musayev, Samir Nəbiyev və Kamil Əliyev 2019-cu ildə dünya çempionatındakı
nailiyyətlərinə görə “Tokio 2020” Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya
qazanıblar.