Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

“Yenilməz” romanının audio versiyası.

19 Fev 2021

Görmə məhdudiyyətli şəxslər üçün “Yenilməz” romanının audio versiyasının təqdimat mərasimi keçirilib.

19 fevral 2021-ci il tarixində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində komitənin 25 illik yubileyinə həsr edilmiş “Yenilməz” romanının audio versiyanın təqdimatı keçirilib. Tədbirdə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, gözdən əlil, «Brayl Resursları Mərkəzi”-nin texniki direktoru Firudin İmanov, gözdən əlil, yazıçılar ittifaqının üzvü Eldar Şəmsiyev, 38 nömrəli gözdən əlillər üçün musiqi məktəbinin direktoru, gözdən əlil Əsab Əliyev, qolbol idman növü üzrə baş məşqçi, gözdən əlil Zahir Abdullayev və məşqçi, gözdən əlil Rizvan İbrahimov iştirak ediblər.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib ki, Komitənin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2019-cu ilin noyabr ayında keçirilmiş “Yenilməz” beynəlxalq qala təqdimatı romanın və mahnının yazılmasına vadar etdi. O, qeyd etdi ki, “Yenilməz” layihəsi Vətən müharibəsi qaziləri də daxil olmaqla ölkəmizdə Paralimpiya hərəkatının inkişafına böyük təkan verəcək. İ.Rəhimov qeyd etdi ki, roman əlilliyi olan bir şəxsin həyatından bəhs edir. O, qəza nəticəsində əlil arabasına düşərək bir müddət çox böyük iztirablarla, çətinliklərlə üzləşir. Lakin Paralimpiya hərəkatına qoşulandan sonra onun həyatı dəyişir. O yenidən özünü tapır.

İ.Rəhimov “Yenilməz” romanının yazılması və Komitənin 25 illik yubileyi ilə bağlı işlərdə verdiyi dəstəyə görə bp Azərbaycan şirkətinə minnətdarlığını bildirib. Komitə prezidenti bildirib ki, 2012-ci ilin yanvar ayında "bp" şirkəti və Azərbaycanın Milli Paralimpiya Komitəsi arasında tərəfdaşlıq sazişi imzalanan gündən, bp Azərbaycan daima Komitənin və idmançıların yanında olub, ölkəmizdə Paralimpiya hərəkatının inkişafına böyük dəstək verib.

Görüş iştirakçıları öz növbələrində Paralimpiya Komitəsini 25 illik yubiley münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.