Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

“IBSA JUDO GRAND PRIX BAKU 2021”-in final yarışları CBC Sport telekanalında canlı yayımlanacaq.

27 Apr 2021

Paracüdo idman növü üzrə 25 – 26 may 2021-ci il tarixlərində Bakıda keçiriləcək “IBSA JUDO GRAND PRIX BAKU 2021”-in final yarışları CBC Sport telekanalında canlı yayımlanacaq. Final yarışlarını may ayının 25 – 26-da saat 16.30-dan etibarən izləyə bilərsiniz.

CBC Sport telekanalına göstərilən dəstəyə görə minnətdarlığımızı bildiririk.

Qeyd edək ki, Bakı Qran-Prisi Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarına reytinq xalı qazandırır.

“IBSA JUDO GRAND PRIX BAKU 2021” ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçiriləcək.