Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Paracüdoçularımız beynəlxalq Qran-Pri yarışında birinci oldu.

26 May 2021

25-26 may 2021-ci il tarixlərində Bakıda Heydər Əliyev adına İdman və Konsert Kompleksində cüdo idman növü üzrə Beynəlxalq Qran-Pri yarışı keçirilib. Yarışda 38 ölkədən ümumilikdə 200 idmançı iştirak edib. Azərbaycan milli komandası 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanmaqla 38 ölkə arasında Qran-Prinin qalibi oldu.

Yarışın ilk günündə kişi cüdoçularımız -60 kq, -66 kq və -73 kq çəki dərəcəsində tatami üzərində öz güclərini sınayıblar. Qadın cüdoçularımız isə -48 kq, -52 kq və -57 kq çəki dərəcəsində mübarizə aparıblar. Sevda Vəliyeva (-57 kq) və Namiq Abaslı (-66 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olublar. Digər idmançılarımız Şəhanə Hacıyeva (-48 kq), Bəsti Səfərova (-52 kq), Afaq Sultanova (-57 kq) və Vüqar Şirinli (-60 kq) yarışın bürünc medalına sahib olublar.

Yarışın ikinci günü kişi cüdoçularımız -81 kq, -90 kq, -100 kq və +100 kq, qadın cüdoçularımız isə -63 kq, -70 kq və +70 kq çəki dərəcəsində tatamiyə çıxdılar. Xanım Hüseynova (-63 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksən pilləsinə qalxdı. Digər idmançılarımız Zülfiyə Hüseynova (-70 kq) və Hüseyn Rəhimli (-81 kq) yarışın gümüş medalını qazandılar.

Bununla da “IBSA JUDO GRAND PRIX BAKU 2021” yarışı başa çatdı. Bizi hər zaman dəstəkləyən tərəfdaşlarımız və informasiya dəstəkçiliərimizə dərin təşəkkürümüzü bildiririk!